...... Ciddi və işgüzar şəxslərin nəzərinə Beynəlxalq şirkət Bakıda yeni açılmış filialı üçün ofisdaxili “Biznesin təşkili və idarə edilməsi” işləri üzrə əməkdaşlar seçimi elan edir. Ali və orta ixtisas təhsilli şəxslər, eləcə də əlavə gəlir yeri axtaranlar müraciət edə bilərlər. Tələbələrə də üstünlük verilir. Əməkhaqqı razılaşma yolu ilə təqdim olunur və tədricən artandır. İş qrafiki sərbəstdir. Saat 09:00-22:00 arası zəng vura bilərsiniz. (012) 418-47-44; (055) 615-54-17 ..Şöbə: V-40 .. >>>E-mail: mr.kerimov@hotmail.com<<<..Nicat ........

Welcome to my galaxy!
Sayt menyusu
Sorğu
Aylıq gəliriniz nə qədərdir
Ümumi cavablar: 105

                                                              

Karyeranızı qurmaq üçün 10 yol
Karyera qurmaq və həyatınızda dəyişikliklər etmək istəyirsiniz? Özünüzü inkişaf etdirmək istəyirsinizmi? ABŞ-ın İnsan Qaynaqları sahəsində tanınmış alimi Qabriel Parkinsonun müəyyən etdiyi aşağıdakı 10 yol sizə kömək edə bilər.

1.İşə özünüzdən başlayın 
Özünüzə və həyatınıza obyektiv olaraq baxın. Karyeranızda inkişaf etmək istədiyiniz yola doğru irəliləyə bilirsinizmi? İşləriniz öz yolunda gedirmi? Şəxsi həyatınız və karyeranızla bağlı məsələlərdə gün keçdikcə az da olsa inkişaf varmı? Görəsən sevdiyiniz işləmi məşğulsunuz? 

2.Tərcümeyi-halınızı iş həyatınızda dəyərləndirin
Güclü olduğunuz tərəflər və dəyərləriniz nələrdir? İş bacarıqlarınız, ixtisasınız, əlaqələriniz, ətrafınız, imiciniz və uğurlarınızı nəzərdən keçirin.

3.Karyeranız və həyat tərzinizə dair bir plan hazırlayın.
Həyatdan nələr gözləyirsiniz? Bu sahədə kifayət qədər özünüzə inanırsınız? Uzun müddətli planlarınız nələrdir? Həyatda nələrə dəyər veririsiniz? Qarşıdakı 5-10 il ərzində nələr etməyi düşünürsünüz? Karyera, maliyyə, sağlamlıq, mənəvi inkişaf, boş vaxtlarını dəyərləndirmə, əlaqələr, ailə, şəxsi və profisional həyatınızı nəzərdən keçirin. Nə istədiyiniz və nəyə dəyər verdiyiniz mövzusunda səmimi olsanız daha düzgün addımlar ata bilərsiniz.

4.Uğurlarınızı izləyin.
Biliyinizi və bacarığınızı təkmilləşdirəcək yeni fürsətlər axtarın. Bütün uğurlarınızı, performansınızdakı yüksəlişi, iştirak etdiyiniz tədbir və konfransların qeydlərini yazaraq izləyin.

5.Hər şeyin yolunda getməsi üçün çalışın
Hissi və fiziki bütün sahələrdə tam rahatlanın.Keçmişdə baş verən xətalardan dərs götürərək bugünü yaşayın.Ehtiyacınız olmayan və ya sevmədiyiniz şeyləri həyatınızdan çıxarın.Həyatınızın bütün sahələrində mümkün olduğu qədər hər şeyi sadələşdirməyə çalışın.

6.Hörmət etdiyiniz və heyranı olduğunuz insanların həyatlarını özünüzə nümunə götürə bilərsiniz.
Şəxsi həyatında və karyerasında müvəffəqiyyət qazanmış insanlardan öyrənə biləcək çox şeylər ola bilər.Əlaqə qura biləcəyiniz nümunə götürüləcək şəxs və ya yol göstərən birini tapın.

7.Yeni imkanlara və fürsətlərə açıq olun. 
Yeni ehtimallara hər zaman açıq olun.Yeni məlumat, qaynaq və təcrübələrdən hər zaman yararlanın. 

8.İstehsalçı olun, hərəkətə keçin. 
Karyeranız və həyatınızla bağlı nə etmək istədiyiniz mövzsunda əminsinizsə, hərəkətə keçə bilərsiniz. Bütün imkanlarınızı nəzərdən keçirin, gəzin dolaşın, yeni insanlarla tanış olun, yeni mənbələr araşdırın.

9.Şüurlu şəkildə ətraf toplayın 
Tanıdığınız şəxslərlə əlaqə qurun və eyni zamanda yeni insanlarla tanış olaraq mühitinizi böyütməyə çalışın. Maraq dairənizə və özünüzü inkişaf etdirmək istədiyiniz sahələrə diqqət edin və bu sahələrdə müəyyən uğur qazanmış insanlara çatmaq üçün yollar axtarın. 

10.Özünüzə inanın.
Fərasətli olun və içinizdən gələn səsə qulaq asın. Özünüzə inanın.Onda nə etməli olduğunuzu biləcəksiniz.

Kalendar
«  Noyabr 2024  »
SuMoTuWeThFrSa
     12
3456789
10111213141516
17181920212223
24252627282930
Axtarış
Ölkəmizə səs verək!
Statistikalar

Bürcünüzü seçin, falınızı oxuyun

Muneccim.com

Copyright MyCorp © 2024Site managed by uCoz
Rambler's Top100